0552508808

0124977539

Hüquqşünaslar, vəkillər, hakimlər
|

Yusifova Ülkər Bayram qızı (hakim)

07.06.2021

Yusifova Ülkər Bayram qızı 09 yanvar 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə 252 saylı orta məktəbi bitirmişdir. Həmin ildə M.Ə.Sabir adına Pedoqoji Texnikuma daxil olmuş və 1997-ci ildə “İbtidai sinif müəlliməsi” ixtisası üzrə məzun olmuşdur.

2003-cü ildə Bakı Dövlət Üniversitetinin Hüquq fakültəsinə Bakalavr pilləsinə daxil olmuş. 2008-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

2010-cu ildə Bakı Dövlət Üniversitetinin Hüquq fakültəsinin Magistratura şöbəsinə daxil olmşdur. Cinayət Prosesi Kafedrasında Magistr pilləsi üzrə təhsil almışam və 2012-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.

2014-cü ildə Həmin Universitetin Hüquq fakültəsinin “Dövlət və hüquq nəzəriyyəsi və tarixi” kafedrasına dissertant kimi daxil olmuşdur. 5606.01-“Dövlət və hüquq nəzəriyyəsi və tarixi; hüquq və dövlət haqqında təlimlər tarixi” ixtisasında hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 01 iyul 2017-ci il tarixində Bakı Dövlət Universitetində “Fərdi hüquqi aktların hüquqi təbiəti və növlərinə” həsr olunmuş dissertasiya işini müdafiə etmiş və Hüquq Üzrə Fəlsəfə Doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

15 iyun 2018-ci il tarixdən etibarən Rusiya Federasiyasının Rus dilli Vəkillərin Beynəlxalq Birliyinin üzvüdür.

2003-cü ildən 2006-cı ilə kimi “Orion-2” şirkətində hüquqşünas vəzifəsində işləmişdir.

2006-cı ildən 2009-cu ilə kimi Bakı şəhəri Nizami rayon Məhkəməsində böyük məsləhətçi vəzifəsində işləmişdir.

2009-cu ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Bakı şəhəri 2 saylı Vəkil Bürosununda vəkil kimi fəaliyyət göstərmişdir.  

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, 03 fevral 2021-ci il tarixdə Bakı şəhər, Nizami rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir.

Ülkər xanımın bir qız övladı var. Qızı Eyvazova Nigar Rüfət qızı 03 sentyabr 1996-cı ildə anadan olmuşdur. 2017-ci ildə “Xəzər” Universitetinin Psixologiya fakültəsini bitirmişdir. 2020-ci ildə Türkiyə Cumhuriyyətinin “Üsküdar” Universitetində “Klinik Psixologiya” fakültəsinin Magistr pilləsini bitirmişdir. Uzman psixoloqdur.

 

65.1 KB